İranda sərbəst güləş üzrə klublararası dünya çempionatı keçirilib.
Supersport.Az xəbər verir ki, idmançılarımız Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənovun çıxış etdiyi “İran Moll” klubu finalda “Azadi”yə 8:2 hesabı ilə qalib gələrək çempion olub.
Hacı və Cəbrayıl keçirdikləri görüşlərdə qalib gəliblər.
Qeyd edək ki, yunan-Roma güləşçimiz Eldənz Əzizlinin (55 kq) klubu “İran Moll” da çempion olub.