Erdoğan: "İlham Əliyev qardaşımla danışdım, məni gözləyir" - Video

Erdoğan: "İlham Əliyev qardaşımla danışdım, məni gözləyir" - Video
Futbol, Video
16 Dekabr 2019 - 18:30


Supersport.Az Türkiyə prezidenti Recep Tayyib Erdoğanın Bakıda keçiriləcək "Avro-2020"nin final mərhələsinin oyunları haqda fikirlərinin videogörüntüsünü təqdim edir.


"Avropa çempionatının açılış matçının İtaliyada keçirilməsi qəribədir. İtaliyalılar qrup oyunlarını öz meydanında keçirəcək. Bu necə ola bilər?" deyən dövlət başçısı, yayda keçiriləcək Avropa çempionatında İtaliya –Türkiyə matçını izləyib-izləməyəcəyi ilə bağlı sualı cavablandırarkən A qrupunda Uels və İsveçrə ilə matçlar zamanı Bakıya gələcəyini bildirib:

"Açılış oyunu zamanı Romaya getməyə bilərəm. Qrupdakı digər iki matçımız Bakıda keçiriləcək. Bu oyunlara gedə bilərəm. İlham Əliyev qardaşımla da danışmışıq, məni gözləyir. İnşAllah, Bakıya gedib, iki oyunumuzu orda izləyəcəyik. Ümid edirəm ki, qrupdan çıxarıq".
Qeyd edək ki, iyunun 17-də Türkiyə - Uels, 21-də isə İsveçrə - Türkiyə matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.



Digər xəbərlər