AFFA-dan müəmmalı qərar

AFFA-dan müəmmalı qərar
Futbol
13 Dekabr 2019 - 02:43


Supersport.Az-ın məlumatına görə, bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. 

Tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı, "Qəbələ" Futbol Klubunun çətin durumu, AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Maraqlıdır ki, bu vacib toplantıdan sonra brifinq və mətbuat konfransının keçirilməsi nəzərdə tutulmayıb. Bu barədə AFFA-nın saytı xəbər yayıb. Bildirilib ki, iclasda qəbul olunacaq qərarlar qurumun rəsmi saytında yerləşdiriləcək.


Digər xəbərlər