Şenol Güneş Bakı Olimpiya Stadionunda - Şəkillər

Şenol Güneş Bakı Olimpiya Stadionunda - Şəkillər
Futbol, Foto
05 Dekabr 2019 - 19:16


Bu gün "Avro-2020"nin Bakıda keçiriləcək oyunları ilə bağlı paytaxtımıza səfər edən  Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Olimpiya Stadionuna baş çəkib.

Supersport.Az xəbər verir ki, 67 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayevlə görüşüb. Təcrübəli çalışdırıcı stadionda təlim-məşq toplanışı keçən gənc futbolçular və "Avro-2020"nin Əməliyyat Komitəsinin üzvləri ilə də söhbətləşib. O,  BOS-u ev stadionu kimi gördüyünü deyib.
Qeyd edək ki, Türkiyə millisi iyunun 17-i Uels, 21-i isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.







Digər xəbərlər