"Qəbələ" - "Zirə": 20-ci duel

"Qəbələ" - "Zirə": 20-ci duel
Futbol
30 Noyabr 2019 - 00:08
Sabah Azərbaycan Premyer Liqasında 13-cü tura start veriləcək.

 

Supersport.Az xəbər verir ki, turun ilk oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. “Zirə”ni qəbul edəcək “Qəbələ” mövsümün ilk yarısında çempionatdakı son ev oyununa çıxacaq.

 

“Qırmızı-qaralar” tarixində 20-ci dəfə bu rəqiblə görüşəcək. Əvvəlki 19 görüşdə 7 qələbə qazanan “Qəbələ” 8 dəfə heç-heçə edib. Yalnız 4 matçda məğlub olan komanda 26 qol vurub, 17-ni buraxıb. Aleksey Qay “Zirə”nin qapısından hamıdan çox – 4 qol vurub.

 

19 görüşdən 2-si kubok, 17-si Premyer Liqa çərçivəsində keçirilib. Çempionatda 5 qələbə əldə edən “qırmızı-qaralar” 8 dəfə bir xalla kifayətlənibsə, 4 matçdan məğlub ayrılıb. “Qəbələ” top fərqində də üstünlüyə malikdir – 19-15.

 

Qəsəbə klubunu 10-cu dəfə qonaq edəcək komanda öz meydanında 4 qələbə qazanıbsa, eyni sayda heç-heçə edib və yalnız bir dəfə uduzub. Bu matçlarda 13 qol vuran “qırmızı-qaralar” 7 top buraxıblar.

Digər xəbərlər