Rəşad Sadıqov: "Qarabağ" "Sevilya"dan xal qoparmağa çalışacaq" - Video

Rəşad Sadıqov: "Qarabağ" "Sevilya"dan xal qoparmağa çalışacaq" - Video
Futbol, Eksklüziv, Video
25 Noyabr 2019 - 20:15
Supersport.Az Azərbaycan Premyer Liqasının 12-ci turunda "Sumqayıt"la bacarmayan "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun fikirlərini videogörüntüyə alıb.

Təcrübəli futbolçu, komanda sıx qrafikdə oynadığından yorğunluğu əsas gətirib, rəqibin qələbəyə layiq olduğunu bildirib.

Avropa Liqasının 5-ci turunda "Sevilya"nın qonağı "Qarabağ"ın kapitanı, uğurlu nəticəyə ümid edir:

"Səfərdə yaxşı nəticə qazanmaq üçün bütün gücümüzü sərf, əlimizdən gələni edəcəyik. İstəyimizə nail ola biləcəyimizə ümidimiz var".

Digər xəbərlər