"Sevilya" - "Qarabağ" matçına hakim təyinatı

"Sevilya" - "Qarabağ" matçına hakim təyinatı
Futbol
25 Noyabr 2019 - 17:19
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Sevilya" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

Supersport.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Mohammed Al-Hakim olacaq. Ona Fredrik Kliver və Mahbod Beigi köməklik edəcəklər. 4-cü hakim funksiyasını Martin Strömberqsson yerinə yetirəcək.

Qeyd edək ki, "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı noyabarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Digər xəbərlər