Azərbaycan Kubokunda oyunların saatı açıqlandı

Azərbaycan Kubokunda oyunların saatı açıqlandı
Futbol
25 Noyabr 2019 - 16:55
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı açıqlanıb.

Supersport.Az xəbər verir ki, bir oyundan ibarət olan mərhələnin görüşləri iki günü əhatə edəcək:

3 dekabr (çərşənbə axşamı)

“Keşlə” – “Kəpəz”
“ASCO Arena”, 15:00

4 dekabr (çərşənbə)

“Sabah” – “Ağsu”
“Bank Respublika Arena” (ehtiyat meydança), 15:00

“Zirə” – “Qaradağ Lökbatan”
Zirə İdman Kompleksinin stadionu, 14:00

“Sumqayıt” – “Zaqatala”
“Kapital Bank Arena”, 17:00

Püşkatmaya uyğun olaraq “Qaradağ Lökbatan” – “Zirə” görüşü hər iki komandanın razılığı əsasında “Zirə” - “Qaradağ Lökbatan” qarşılaşması kimi oynanılacaq.

Digər xəbərlər