Millimizdən bərbad göstərici

Millimizdən bərbad göstərici
Futbol
20 Noyabr 2019 - 01:37

Bu gün Avro-2020-nin seçmə mərhələsinə yekun vurulur.

Supersport.Az xəbər verir ki, Azərbaycan millisi son oyununda Slovakiyanın qonağı olub.


Qrupda keçirdiyi 7 oyuna cəmi 1 xal qazanan autsayder yığmamız səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışsa da, faydasız alınıb. Bakıda millimizə 5:1 hesabı ilə qalib gələn slovaklar bu matçın da aşkar favoriti idi. Slovakiya Trnavada 2 qolla qələbə qazanıb.


Azərbaycan yığması tarixində ən zəif nəticələrdən birini göstərib. Millimiz seçmə mərhələni 1 xalla başa vurub.


Qrupun digər oyununda Uels Macarsıtanı məğlub edib.


Qrup birincisi Xorvatiya (17 xal) və ikinci olan Uels (14 xal) final mərhələsinə adlayıb.


19 noyabr

Avro-2020-nin seçmə mərhələsi


E qrupu

23:45. Slovakiya – Azərbaycan 2-0


Qol: Robert Bojenik 19, Marek Hamşik 87

Baş hakim: Sergey Boyko (Ukrayna)


Trnava. Anton Malatinski adına stadion.


23:45.Uels - Macarıstan 2-0 

Qol: Aron Remsi 15, 47

 

Digər xəbərlər