Qurban Qurbanov: "90 dəqiqə hücumda ola bilmərik"

Qurban Qurbanov: "90 dəqiqə hücumda ola bilmərik"
Futbol
06 Noyabr 2019 - 22:03
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin IV turunda sabah səfərdə "Apoel"lə qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun haqda klubun mətbuat xidmətinə fikirlərini bildirib.

"Sabah rəqib həddindən artıq istəkli ola bilər. "Apoel" doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda həm əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, maksimum diqqətli olaq".

Digər xəbərlər