Qurban Qurbanov Kiprdə mətbuat konfransı keçirməkdən imtina etdi

Qurban Qurbanov Kiprdə mətbuat konfransı keçirməkdən imtina etdi
Futbol
06 Noyabr 2019 - 21:42
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda sabah "Apoel"in qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Kiprdə mətbuat konfransı keçirməkdən imtina edib.

Təcrübəli mütəxəssis özü belə qərar verib. Buna səbəb mətbuat konfransına Azərbaycan və Kipr jurnalistlərinin marağının olmaması göstərilib. Tədbir Bakı vaxtıyla 21:15-də başlamalı idi. Məlumatı Kipr mətbuatı yayıb.

Xatırladaq ki, "Apoel" - "Qarabağ" oyunu sabah ölkəmizin saatıyla 21:55-də başlayacaq.

 

Digər xəbərlər