"Traktor"un baş məşqçisi istefaya göndərilir

"Traktor"un baş məşqçisi istefaya göndərilir
Futbol
05 Noyabr 2019 - 19:05
İran çempionatında 10-cu turun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" səfərdə "Sepahan"a 0:2 hesabı ilə uduzub. Bu nəticə ilə 2-ci pillədən 5-ə düşən Təbriz klubu qələbə qazansaydı, liderliyə yüksələcəkdi. Belə davam etsə, komandanın türkiyəli baş məşqçisi Mustafa Dənizlinin istefaya göndəriləcəyi bildirilir.

Qeyd edək ki, "Traktor" hazırda 17 xalla 5-ci pillədədir. Turnir cədvəlinə 22 xalla "Sepahan" başçılıq edir. "Persepolis" 19 xalla 2-ci, "İstiqlal" isə 18 xalla 3-cü pillədə qərarlaşıb.

Digər xəbərlər