APOEL - "Qarabağ" oyununun hakimləri bilindi

APOEL - "Qarabağ" oyununun hakimləri bilindi
Futbol
04 Noyabr 2019 - 15:10
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

Supersport.Az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı avstriyalı hakimlər briqadası idarə edəcək. Oyunu Manuel Şüttenqruber idarə edəcək. Ona Roland Brandner və Robert Steynaxer kömək edəcək. Qarşılaşmada dördüncü hakim funksiyasını Kristofer Yager yerinə yetirəcək.

Qeyd edək ki,noyabrın 7-də Nikosiyada keçiriləcək  APOEL - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Digər xəbərlər