"Qarabağ"la oyunda qələbə üçün meydanda ölməliyik"

"Qarabağ"la oyunda qələbə üçün meydanda ölməliyik"
Futbol
03 Noyabr 2019 - 10:16
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"la oyun ərəfəsində "Apoel"in futbolçusu Draqan Mixayloviç açıqlama verib.

AEK-lə oyunu dəyərləndirən 28 yaşlı serb futbolçu, Azərbaycan çempionuyla matçda meydanda ölməyə hazır olduqlarını bildirib: 

"Biz həmişə qələbə qazanmaq istəyirik, xüsusilə də evdə. Bütün gücümüzü sərf etdik, oyuna nəzarət etməyə çalışdıq, aqressiv oynadıq. Ötürmələrdə dəqiq olmalı, qollar vurmalıyıq. "Apoel"lə oyunda hər komanda 10 futbolçuyla müdafiə olunur. Buna görə də çıxış yolu tapıb qol vurmaq asan olmur. Oyun səviyyəsini artırmışıq. Əgər belə davam etsək, yüksəlişə nail olacağıq. "Ayaks", "Sevilya" ilə matçlarda qol vura bilmədik. "Qarabağ"la qarşılaşmaya gəlincə, meydanda ölməyə hazır olmalı, qələbə qazanmalıyıq. Hamıya ən yaxşı komanda olduğumuzu göstərmək niyyətindəyik. 

Mən yorğun deyiləm. Çünki hər il belə oyunlar olur. Həftədə iki matçda necə oynamağı bilirəm. "Apoel"də olduğum üçün fəxr duyuram. Komandam üçün bütün gücümü sərf edirəm".  

"Apoel" - "Qarabağ" oyunu noyabrın 7-də Nikosiyada keçiriləcək.

 

Digər xəbərlər