Qurban Qurbanov 41, "Qarabağ" 29 pillə yüksəldi

Qurban Qurbanov 41, "Qarabağ" 29 pillə yüksəldi
Futbol
29 Oktyabr 2019 - 19:00
Dünyanın 1000 klubunun olduğu 44 həftəlik reytinqdə "Qarabağ" yerini dəyişib.

Supersport.Az "clubworldranking"ə istinadən məlumat verir ki, Azərbaycan çempionatının lideri 29 pillə irəliləyib, 103 xal artırıb. Ağdam klubu 1405 xalla 517-ci yerə yüksəlib.

Azərbaycanın yeddiqat çempionunun baş məşqçisi Qurban Qurbanov (1405 xal) 41 pillə qalxmaqla 449-cudur. 

Dünya reytinqində "Barselona" (15388 xal) liderliyini qoruyub.

"Liverpul" (13293 xal) 3-cü pilləni 2-yə, "Mançester Siti" (13040 xal) 4-cü yeri 3-ə dəyişib. "River Pleyt" (12694 xal) iki pillə geriləyərək 4-cüdür.

Digər xəbərlər