Çempionlar Liqasında VAR səhvi - Şəkil

Çempionlar Liqasında VAR səhvi - Şəkil
Futbol, Foto
26 Oktyabr 2019 - 10:43




Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında "Çelsi"nin səfərdə "Ayaks"la qarşılaşmasında VAR-a rəğmən səhv ofsayd qərar verilməsi mübahisəyə səbəb olub.

"Ayaks"ın futbolçusu Hakim Ziyeşin 35-ci dəqiqədə vurduğu top dirəkdən dönən zaman Kvinsi Promes fərqlənsə də, qol hesaba alınmayıb.

Matçın 39 yaşlı rumın hakimi Ovidiu Hateqan, xeyli müddət VAR-ın qərarını gözləyib və buna əsasən qol ləğv olunub.

Ofsayd üçün istifadə edilən görüntüdə top Hakim Ziyeşin ayağından çıxdıqdan sonrakı epizod ekranlarda göstərilib.  Top Ziyeşdə olarkən isə oyundankənar vəziyyət olmadığı diqqət çəkib.

İngiltərə klubu 86-cı dəqiqədə Mişi Batşuayinin qoluyla qalib gəlib.

 

 

Digər xəbərlər