Bakıda "Apoel"in düşərgəsində qalmaqal olub

Bakıda "Apoel"in düşərgəsində qalmaqal olub
Futbol
25 Oktyabr 2019 - 22:05
UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ"la Bakıda keçirilən oyundan əvvəl "Apoel"in düşərgəsində qalmaqal olub.

Supersport.Az-ın Kipr mətbuatına istinadən məlumatına görə, qonaqların futbolçusu Musa Əl-Tamari ilə baş məşqçi Tomas Doll arasında iki həftədir problem mövcuddur. İordaniyalı hücumçunun intizamı pozduğu, Bakıda start heyətə daxil edilmədiyi üçün baş məşqçiylə mübahisə etdiyi bildirilir. 22 yaşlı futbolçunun oteldə baş tutan toplantıya gecikdiyi, buna görə alman çalışdırıcının onu heyətdən kənarlaşdırdığı qeyd olunub.

"Siyahımda 18 futbolçu var. Bəziləri, o cümlədən Tamari kənarda qaldı" - deyə, Tomas Doll bildirib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Apoel" oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, "A" qrupunda 3 turdan sonra İspaniya təmsilçisi "Sevilya" 9 xalla liderdir. "Qarabağ" 4 xalla 2-ci, Lüksemburq "Düdelanj"ı 3 xalla 3-cü, "Apoel" isə 1 xalla sonuncudur.

 

Digər xəbərlər