Tahir Gözəl: "Qarabağ" bu fürsəti qaçırmamalıdır" - Video

Tahir Gözəl: "Qarabağ" bu fürsəti qaçırmamalıdır" - Video
Futbol, Video
25 Oktyabr 2019 - 09:07
Supersport.Az Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Apoel"lə 2:2 hesablı heç-heçədən sonra  "Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.



- Bu oyunun nəticəsinə adam təəssüflənir. "Qarabağ"ın oyunu möhtəşəm idi. Ona görə üzülürük ki, burda qalib gəlməliydik. Oyunumuzla buna layiq idik. Çox epizodlarımız, səhvlərimiz də oldu. Buna baxmayaraq, performans möhtəşəm alındı. "Qarabağ" Azərbaycanı qürurlandırdı. Qrupda 2-ci yerdəyik. Bu o deməkdir ki, mübarizəni davam etdiririk. "Qarabağ" belə oynamağa davam etsə, İnşAllah, tarixdə etmədiyini reallaşdıracaq və mərhələni keçəcək. "Qarabağ"dan məmnunam. Bu oyun xoş təsir bağışladı. Burdan qalib çıxmalı idik. Mübarizəyə davam edəcəyik.

- "Qarabağ" "Apoel"i Kiprdə bir dəfə məğlub edib. Bu dəfə də reallaşdırmaq olar?
 - Əlbəttə, olar. "Qarabağ" oyuna dominantlıq edirdi. "Apoel" ciddi rəqibdir. Amma Kiprdə qarşılarında güclü "Qarabağ" görəcəklər. Səfərə böyük əzmlə yollanacağıq və klubuma inanıram.

- Nəticədən razı qaldınız?

- Xeyr! Biz bu gecə qalib gəlməyə layiq idik. Bərabərlik də pis deyil. Hesab edirəm ki, üstünlük hələ bizdədir. Səhv etməməliyik. Bu inamı davam etdirsək, inanıram ki, mərhələni keçəcəyik. Qrupda ikinci yerdə gedirik. Biz əlimizdən gələni etməliyik. Qurban müəllim və klubumuz bu fürsəti qaçırmamalıdır. Futbol həyatdır.

- "Qarabağ" iki xal itirdi?

- Bəli. Amma ikinci yerdə gedirik. Beş dəqiqə sevindik, daha sonra üzüldük. Günümüz belə keçdi.

Digər xəbərlər