Samir Abbasov istefaya göndərildi

Samir Abbasov istefaya göndərildi
Futbol
08 Oktyabr 2019 - 21:41
"Zirə" rəhbərliyi və baş məşqçi Samir Abbasov arasında görüş keçirilib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, görüş zamanı "Zirə"nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.


"Zirə" PFK Samir Abbasova göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Zirə" ölkə çempionatında 7 turdan sonra 8  xalla 5-ci pillədə qərarlaşıb. Komanda son turda doğma meydanda "Qəbələ" ilə heç-heçə edib - 1:1.

Digər xəbərlər