"Qarabağ"ın legioneri İspaniyaya gedir

"Qarabağ"ın legioneri İspaniyaya gedir
Futbol
24 Sentyabr 2019 - 17:40


Dünən "Zirə"ylə matçda zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero bu gün tibbi müayinədən keçib.

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun çiyin bağlarından biri qırılıb, digəri isə zədələnib. Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Romero bu gün tibbi yoxlanış üçün vətəni İspaniyaya yollanacaq.

Xayme Romero Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Düdelanj"la oyunu buraxacaq.

Digər xəbərlər