Messi dünyanın ən yaxşı futbolçusu seçildi - 6-cı dəfə

Messi dünyanın ən yaxşı futbolçusu seçildi - 6-cı dəfə
Futbol
24 Sentyabr 2019 - 00:46
FİFA ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Supersport.Az qurumun rəsmi saytına istinadə xəbər verir ki, "Barselona"nın 32 yaşlı kapitanı Lionel Messi 6-cı dəfə bu ada layiq görülüb. O, 2009, 2010, 2011, 2012 və 2015-ci ildə ən yaxşı seçilmişdi. Argentinalı hücumçu "Yuventus"un futbolçusu Kriştiano Ronaldo və "Liverpul"un müdafiəçisi Vircil van Deyklə mübarizədən qalib ayrılıb. Messi ötən mövsüm "Barselona"yla İspaniya çempionu olub. O, 34 oyunda 36 qol vurub, 15 effektli ötürmə verib.

İlin ən yaxşı məşqçisi "Liverpul"un çalışdırıcısı Yurgen Klopp seçilib. O, həmkarları Maurisio Poçettino ("Tottenhem") və Xosep Qvardiolanı ("Mançester Siti") arxada qoyub.

İlin ən yaxşı qapıçısı "Liverpul"dan Alisson Bekker olub. Braziliyalı qolkiper digər namizədlər Ederson (Braziliya, "Mançester Siti") və Andre Ter-Şteqeni (Almaniya, "Barselona") qabaqlayıb.

Digər xəbərlər