Adil Nağıyev üçün əlamətdar oyun

Adil Nağıyev üçün əlamətdar oyun
Futbol
23 Sentyabr 2019 - 11:25
Azərbaycan Premyer Liqasının V turu “Səbail”in futbolçusu Adil Nağıyev üçün yubileylə əlamətdar olub.


Supersport.Az PFL-ə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ölkə çempionatlarında 100-cü oyununu keçirib. Bu, “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib.


1:1 hesabı ilə nəticələnən matç Adilin mövsümdə 5-ci, Premyer Liqada 100-cü oyunu olub.


Debütü 2015/16 mövsümünə təsadüf edən futbolçu bu müddətdə 3 qol vurub. 3 klubda çıxış edən Nağıyev ilk komandası olan “Zirə”də 83 (3 qol), “Sumqayıt”da 12, “Səbail”də 5 matça çıxıb.


mövsüm klub oyun qol

2015/16 Zirə (Bakı) 25 1

2016/17 Zirə (Bakı) 22 1

2017/18 Zirə (Bakı) 24 1

2018/19 Zirə (Bakı) 12 0

2018/19 Sumqayıt 12 0

2019/20 Səbail 5 0

Digər xəbərlər