16 milyard avro - Çempionlar Liqası iştirakçılarının qiyməti

16 milyard avro - Çempionlar Liqası iştirakçılarının qiyməti
Futbol
17 Sentyabr 2019 - 09:15
Supersport.Az Çempionlar Liqasının qrup mərhələsi iştirakçılarının büdcəsiylə bağlı maraqlı məlumatlar təqdim edir.

"Transfermarkt"a əsasən, 32 komandanın futbolçularının ümumi qiyməti 16 milyard avrodur.

Çempionlar Liqasında bu baxımdan "Mançester Siti" 1 milyard 280 milyon avroyla birinci yerdədir.

İngiltərə klubunu 1 milyard 190 milyon avroyla kuboku ardıcıl 3, son 6 mövsümdə isə 4 dəfə muzeyinə aparan İspaniyanın "Real Madrid"i izləyir.

"Barselona" 1 milyard 180 milyon avroyla üçüncüdür.

Çexiyanın "Slaviya Praqa"sı 36,6 milyon avroyla ən az büdcəyə malik klubdur.

Çempionlar Liqasında 16-cı dəfə mübarizə aparacaq "Qalatasaray" 136,3 milyon avroluq heyət dəyəriylə 32 komanda sırasında 24-cüdür.

Türkiyə təmsilçisinin "A" qrupunda rəqiblərindən "Real Madrid" ümumi siyahıda 1 milyard 190 milyon avroluk qiymətiylə 2-ci, Fransa PSJ-si 1,06 milyardla 5-ci, Belçika klubu "Brügge" 130 milyon avroyla 26-cıdır.

Çempionlar Liqasının ən bahalı futbolçusu PSJ-nin fransız ulduzu Kilan Mbappedir (200 milyon avro). 20 yaşlı futbolçu buna görə yarışda 11 komandanın büdcəsini keçib. PSJ-nin braziliyalı oyunçusu Neymar 180 milyonla ikinci, "Çelsi"dən "Real Madrid"ə keçən 150 milyonluq Eden Hazard isə üçüncüdür.

UEFA Çempionlar Liqasında mübarizə aparacaq 32 komandanın futbolçularının ümumi qiyməti.









































































































































































































Sıralama   Komanda  ÖlkəDəyər (avro)
1Mançester Sitiİngiltərə1 milyard 280 milyon
2Real Madridİspaniya1 milyard 190 milyon
3Barselonaİspaniya1 milyard 180 milyon
4Liverpulİngiltərə1,07
5Paris Sen-JermenFransa1,06
6Tottenhemİngiltərə984
7Atletiko Madridİspaniya872,5
8Bayern MünxenAlmaniya867,40
9Yuventusİtaliya864
10Çelsiİngiltərə807
11Borussiya D.Almaniya634,1
12Napoliİtaliya625,8
13İnterİtaliya535,9
14LeypsiqAlmaniya521,1
15Valensiyaİspaniya495,5
16Bayer LeverkuzenAlmaniya413,1
17AyaksNiderland352
18Olimpik LionFransa340,35
19BenfikaPortuqaliya310,7
20Atalantaİtaliya252,1
21ZenitRusiya207,6
22LillFransa179,7
23Şaxtyor DonetskUkrayna137,4
24QalatasarayTürkiyə136,3
25Lokomotiv MoskovaRusiya134,75
26Club BrüggeBelçika130,7
27GenkBelçika122,15
28ZalsburqAvstriya95
29OlimpiakosYunanıstan83,05
30Dinamo ZaqrebXorvatiya73,3
31Srvena ZvezdaSerbiya57,95
32Slaviya PraqaÇexiya36,6

Digər xəbərlər