"Sumqayıt"ı hakim uduzdurdu - Video

"Sumqayıt"ı hakim uduzdurdu - Video
Futbol, Video
14 Sentyabr 2019 - 20:28
Supersport.Az Azərbaycan Premyer Lqasının 4-cü turunda keçirilən "Sumqayıt" - "Zirə" oyununda vurulan qolları təqdim edir.



Əvvəlcə matçın 5-ci dəqiqəsində qonaq komandanın futbolçusu Xulio Sezar Rodrigez fərqlənib. Ancaq 11 dəqiqə sonra Zirə təmsilçisinin oyunçusu Tellur Mütəllimov topu öz qapısına vurduğu üçün hesab bərabərləşib.

Qarşılaşmanın 88-ci dəqiqəsində baş hakim Kamal Umudlu kobud səhvə yol verdiyindən Sumqayıt klubu məğlub olub. Belə ki, "Zirə"nin legioneri Şafik Tiqrudja komandasının qələbə qolunu vurmazdan əvvəl top onun əlinə dəysə də, referi buna məhəl qoymayıb. Baş hakim "Sumqayıt" futbolçularının etirazını da qəbul etməyib. Bununla Sumqayıt klubu hakimin kobud səhvindən uduzub.

Digər xəbərlər