"Qarabağ"la "Neftçi" dünya reytinqində yüksəlişdə

"Qarabağ"la "Neftçi" dünya reytinqində yüksəlişdə
Futbol
10 Sentyabr 2019 - 12:11
Dünyanın 1000 klubunun olduğu reytinqdə olan iki təmsilçimiz irəliləyib.

Supersport.Az-ın "clubworldranking"ə istinadən məlumatına görə, "Qarabağ" 1191 xalla iki pillə yüksələrək 567-cidir.

Azərbaycanın yeddiqat çempionunun baş məşqçisi Qurban Qurbanov (1191 xal) 515-ci yerdə qərarlaşıb. Təcrübəli mütəxəssis 6 pillə irəliləyib.

"Neftçi" (818 xal) 2 pillə qalxaraq 670-ci yerdədir. Paytaxt klubunun baş məşqçisi Roberto Bordin 3 sıra yüksələrək (818 xal) 665-cidir.

Dünya reytinqində ilk üç sırada dəyişiklik olmayıb: "Barselona" (15196 xal), "River Pleyt" (13323 xal), "Liverpul" (12791 xal).

 

 

Digər xəbərlər