Mxitaryan İtaliya klubuna keçdi

Mxitaryan İtaliya klubuna keçdi
Futbol
03 Sentyabr 2019 - 04:23
"Arsenal”ın futbolçusu Henrix Mxitaryanın yeni klubu müəyyənləşib.

Supersport.Az xəbər verir ki, erməni yarımmüdafiəçi İtaliyanın “Roma” klubuna keçib.

Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. İtaliyaya gedən Mxitaryan, “Roma” ilə rəsmi müqavilə imzalayacaq. Ermənistan millisinin üzvü yeni klubunda icarə əsasında çıxış edəcək.

Xatırladaq ki, Mxitaryan 2018-ci ilin yanvarından “Arsenal”da çıxış edirdi.

Digər xəbərlər