"Qarabağ"ın yeni qolkiperi "Bornmut"dan narazı ayrılıb

"Qarabağ"ın yeni qolkiperi "Bornmut"dan narazı ayrılıb
Futbol
02 Sentyabr 2019 - 21:47









Supersport.Az-ın məlumatına görə, "Bornmut" klubu qapıçısı Asmir Beqoviçin Azərbaycan Premyer Liqasının lideri "Qarabağ"a keçidi haqda xəbər yayıb. 32 yaşlı futbolçunun yanvara qədər icarəyə verildiyi bildirilib. 

"Bakıda məskunlaşan "Qarabağ" son altı ildə Azərbaycan Premyer Liqasının qalibi olub. Hazırda üç turda qələbəylə birinci pillədədir.

"Qarabağ" Avropa Liqasının qrupunda "Sevilya", "Apoel" və "Düdelanj"la mübarizə aparacaq".




Bosniya və Herseqovinalı Beqoviç İngiltərə Premyer Liqasında 62 oyun keçirib.

Beqoviç bu mövsüm nadir hallarda matçlarda iştirak edib. Aaron Ramsdeyl 4 oyunda meydana çıxıb, Mark Trevers isə Karabao Kubokunda "Forest Qrin Rovers" qarşı oynayacaq.  


Klub Artur Boruçu də seçib, Asmir Beqoviç ehtiyatda saxlanılıb.  

 

Beqoviç bu il yerini itirməyə başlayıb, cəmi iki oyunda meydanda olub. Qolkiper 4 aydır ehtiyatda qalıb. O, son dəfə aprelin 6-da "Bernli"yə qarşı mübaizə aparıb.


"Mənim hazırki vəziyyətim ideal deyildi, əsas komandanın oyunlarında iştirak etmirdim. Belə qərara gəldim ki, klubu tərk edim. Hər dəfə oynamamaq, ehtiyatda oturmaq xoşagəlməzdir. Fiziki cəhətdən özümü əvvəlki kimi hiss edirəm" deyən Beqoviçin "Bornmut"la 3 illik müqaviləsi var. 

 







Digər xəbərlər