Eksklüziv: "Qarabağ" 4 əcnəbi futbolçu gətirir

Eksklüziv: "Qarabağ" 4 əcnəbi futbolçu gətirir
Futbol, Eksklüziv
01 Sentyabr 2019 - 11:00
Avrokubokların qrupunda 6-cı dəfə mübarizə aparacaq "Qarabağ" heyətini gücləndirəcək.

Azərbaycanın yeddiqat çempionu bütün mövqelərə yeni futbolçu almaq yolunda müsbət addım atıb.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanov komandaya 4 futbolçu gətirəcək.

"Qarabağ" qolkiper, müdafiəçi, yarımmüdafiəçi və daha 1 hücumçunun transfer olunması istiqamətində işlər aparır.

Məlumatda bildirilir ki, yaxın günlərdə 4 legionerin ölkəmizə gələcəyi, müqavilə imzalanacağı gözlənilir.

"Qarabağ" hazırda "Ərzurumspor"un qapısını qoruyan sabiq qolkiperi İbrahim Şehiçlə anlaşıb. Bosniyalı futbolçu tezliklə komandaya qoşulacaq.

 

Digər xəbərlər