"Qəbələ"nin baş məşqçisindən istefa - xəbərimiz təsdiqləndi

"Qəbələ"nin baş məşqçisindən istefa - xəbərimiz təsdiqləndi
Futbol
31 Avqust 2019 - 21:08
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə "Keşlə"yə 0:4 hesabı ilə məğlubiyyətin ardından "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov istefa verib.

Bir gün əvvəl saytımız Qəbələ klubunda uğursuzluğun davam edəcəyi təqdirdə, əsas çalışdırıcının yola salınacağı xəbərini yaymışdı. Bu məlumat təsdiqini tapıb.

S.Qurbanov ötən yay "Qəbələ"nin baş məşqçisi təyin olunmuşdu.

Qəbələ klubunun yeni əsas çalışdırıcısı vəzifəsinə Ramin Quliyevin gətiriləcəyi gözlənilir.

Xatırladaq ki, "Qəbələ" Avroliqada 2, ölkə çempionatında 3 oyununun hamısında məğlub olub və qol vura bilməyib.

 

Digər xəbərlər