Qəbələdə darmadağın, Zirədə qalib müəyyənləşmədi

Qəbələdə darmadağın, Zirədə qalib müəyyənləşmədi
Futbol
31 Avqust 2019 - 22:20
Bu gün Azərbaycan Premyer Liqasında 3-cü turu başlayıb.

Supersport.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilir. Turun açılış matçında "Qəbələ" "Keşlə"ni qəbul edib. Paytaxt klubu rəqibini 4 qolla darmadağın edib.


Günün digər qarşılaşmasında "Sabah" "Zirə"nin qonağı olub. Oyun qollu bərabərliklə başa çatıb.

Üçüncü tura sabah keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Səbail" - "Qarabağ" matçları ilə yekun vurulacaq.


Azərbaycan Premyer Liqası, III tur

31 avqust (şənbə)

18:30. “Qəbələ” – “Keşlə” 0-4

Qollar: Slavik Alxasov 10, Tural Bayramlı 39, Lorenzo Frutos 45+1, 90+1.

20:30. “Zirə” – “Sabah” 1-1


Qollar: Soni Norde 88 - Amadu Diallo 35

Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu

1 sentyabr (bazar)

19:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elçin Məsiyev

21:00. “Səbail” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Cavanşir Yusifov, Rəhim Həsənov

Digər xəbərlər