"Sevilya"nın baş məşqçisi: "Qarabağ"ı da dərindən təhlil etməliyik"

"Sevilya"nın baş məşqçisi: "Qarabağ"ı da dərindən təhlil etməliyik"
Futbol
31 Avqust 2019 - 10:45
"Sevilya"nın baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Supersport.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis qrupdakı hər üç rəqiblərini – "Apoel" (Kipr), "Qarabağ" (Azərbaycan) və "Düdelanj"ı (Lüksemburq) təhlil etmək üçün vaxtlarının olduğunu bildirib:

"Rəqibləri dərindən təhlil etmək üçün vaxt var. "Apoel" Çempionlar Liqasının son yarımfinalçı Niderland "Ayaks"ına müqavimət göstərdi. "Qarabağ" isə iki il əvvəl "Atletiko"nu Çempionlar Liqasında büdrətdi. Avropada hər bir oyun 3 xal deməkdir və biz təslim ola bilmərik. Elə rəqiblər var ki, işimizi çətinləşdirə bilərlər. Heç yerdə asan komanda yoxdur".

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 19-da start veriləcək. İlk turda "Apoel" "Düdelanj"ı, "Qarabağ" "Sevilya"nı qəbul edəcək.

Digər xəbərlər