"Sevilya"nın rəsmisi: "Qrupda birinci olmaq istəyirik"

"Sevilya"nın rəsmisi: "Qrupda birinci olmaq istəyirik"
Futbol
30 Avqust 2019 - 16:59
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Sevilya"nın baş direktor müavini Xesus Arroyo püşkü dəyərləndirib.

"Bizi qrupda uzaq səfərlər gözləyir. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Lakin qrupa güclü başlamaq və birinci yeri tutmaq niyyətindəyik. Unutmayaq ki, öz ölkəsinin çempionları ilə qarşılaşacağıq. Avropa Liqası bizim üçün çox vacib turnirdir. Son illər bu yarışa böyük əhəmiyyət verən komanda ola bilərik. Çox həyəcanlıyıq və mümkün qədər irəliləmək istəyirik".

Qeyd edək ki, "A" qrupunda "Sevilya", "Qarabağ", "Apoel" və "Düdelanj" klubları mübarizə aparacaq. İspaniya klubu Avroliqanın 5qat qalibi olmaqla rekordçudur.

 

Digər xəbərlər