"Qarabağ"ın milyonlarla qazancı

"Qarabağ"ın milyonlarla qazancı
Futbol
30 Avqust 2019 - 07:57
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın Avrokuboklarda iştirakdan qazancı məlum olub.

Çempionlar Liqasının ilk üç təsnifat mərhələlərində uğurlu çıxışdanAzərbaycan çempionu müvafiq olaraq 280 min avro, 380 min avro və 480 min avro - ümumilikdə 1 milyon 140 min avro (təxminən 2.15 milyon manat) gəlir əldə edib.

Şimali İrlandiyanın "Linfild" komandasını Bakıda mübarizədən kənarlaşdıraraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" 2,92 milyon avro (təxminən 5.5 milyon manat) mükafata da sahib çıxıb. Azərbaycan çempionu ümumilikdə 4.06 milyon avro (7 milyon 648 min manat) qazanıb.

Qeyd edək ki, Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro (təxminən 1.9 milyon manat), ikincilər 500 min avro (təxminən 940 min avro) alacaqlar. Qrup mərhələsində hər qələbə 570 min avro (təxminən 1.07 milyon manat), heç-heçə 190 min avro (təxminən 357 min manat) qazandıracaq. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölüşdürüləcək. Pley-offa çıxanlar 500 min avro (təxminən 940 min manat), 1/8 final iştirakçıları 1,1 milyon avro (təxminən 2 milyon manat), 1/4 finalçılar 1,5 milyon avro (təxminən 2.8 milyon manat, yarımfinalçılar 2,4 milyon avro (təxminən 4.5 milyon manat, finalçılar 4,5 milyon avro (təxminən 8.5 milyon manat), qalib 4 milyon avro qazanacaq (təxminən 7.5 milyon manat).

 

Digər xəbərlər