"Qarabağ" yeni tarix yazdı

"Qarabağ" yeni tarix yazdı
Futbol
29 Avqust 2019 - 22:22
Bu gün Avropa Liqasında pley-off mərhələsi başa çatıb.

Supersport.Az xəbər verir ki, keçiriləcək 21 oyunla qrup mərhələsinə yüksələn komandalar məlum olub.

Turnirdə ölkəmizi təmsi edən "Qarabağ" Bakıda Şimali İrlandiyanın "Linfild" klubunu qəbul edib.

Qələbə qazanan Azərbaycan çempionu ardıcıl altıncı il avrokubokların qrup mərhələsində mübarizə aparacaq. "Qarabağ" beşi Avroliqada, biri isə Çempionlar Liqasında olmaqla ardıcıl 6-cı dəfə qrup mərhələsində oynayacaq.

29 avqust

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

20:00. "Qarabağ" (Azərbaycan) - "Linfild" (Şimali İrlandiya) 2:1


Baş hakim: Sergey İvanov (Rusiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Digər xəbərlər