Geryenin "Neftçi"də qazancı

Geryenin "Neftçi"də qazancı
Futbol
28 Avqust 2019 - 11:50
Yay fasiləsində "Qarabağ"dan ayrılan Donald Geryenin "Neftçi"yə keçəcəyi bildirilir.

Supersport.Az-ın Haiti mətbuatına istinadən xəbərinə görə, Gerye paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq və sentyabrın 1-nə qədər komandanın düşərgəsinə qoşulacaq.


Futbolçunun aylıq 35 min dollardan çox məvacib alacağı haqda məlumat verilib. Tərəflər arasında razılığa əsasən müqavilə imzalandıqdan sonra müdafiəçinin illik məvacibinin yarısını əvvəlcədən alacağı da qeyd olunub.

Xatırladaq ki, Haiti millisinin üzvü 2017-ci ilin yayında Türkiyənin "Alanyaspor" klubundan "Qarabağ"a keçmişdi. Gerye bu yay Ağdam təmsilçisi ilə yeni müqaviləylə bağlı razılığa gəlsə də, tərəflər son anda kontraktı uzatmaqdan imtina etmişdi.

Digər xəbərlər