"Füzuli"nin baş məşqçisi: "Çox istərdik ki, mənfur ermənilərin komandasını məğlub etməklə qisas alaq"

"Füzuli"nin baş məşqçisi: "Çox istərdik ki, mənfur ermənilərin komandasını məğlub etməklə qisas alaq"
Futbol
24 Avqust 2019 - 11:51


Azərbaycanın bəzi torpaqları uzun müddətdir mənfur ermənilərin işğalı altındadır. Füzuli, Cəbrayılı da itirdiyimizdən 26 il keçdi. Hər dəfə ərazilərimizin zəbt olunduğu günü ürəkağrısıyla yada salırıq.

Vətənpərvər, fədakar, mərd insanlar bütün sahələrdə düşmənin məğlub edilməsi üçün səylə çalışmalıdırlar.

Qarabağın, Füzulinin, Cəbrayılın və digər işğal altında olan torpaqlarımızın da yaşaması, təbliği naminə idmanda da fəaliyyət göstərən şəxslər var.

Vətənpərvərliyi ilə seçilən "Füzuli" klubunun baş məşqçisi Vasif İsmayılov doğma məkanın adının daha çox tanınması, həqiqətlərin dünyaya çatdırılması istiqamətində əllərindən gələni etməyin vacibliyini bildirib:

"Füzuli bizim canımızdır. Bütün füzulilər ücün yenə ağır gün oldu. Region Liqasında cıxış edən müddətdə elə vaxtlar olub ki, komandamıza heç kim kömək etməsə də, biz Füzuli klubunun yaşaması naminə səylə çalışmışıq, dağılmasını qürurumuza sığışdırmamışıq. Cox cətin vəziyyət olsa belə hətta bunu futbolçular bilməyib. Füzuli üçün hər şeyi etməyə çalışırıq. Hətta bəzən bankdan borc pul da almışıq ki, komanda yarışlarda iştirakını davam etdirsin. Klub rəhbərliyindən tutmuş hər kəs Füzuli ücün canından keçməyə hazırdır. Qarabağla yanaşı, işğalda olan daha bir rayonumuz Füzulini də beynəlxalq arenada təbliğ etməliyik. Çeçenistanda 12 ölkənin təmsilçisinin iştirakı gözlənilən mötəbər yarışa dəvət almışıq. Çox istərdik ki, mənfur ermənilərin komandasıyla eyni qrupa düşüb onlara dərs verməklə qismən bütün şəhidlərimiz, Zəhra kimi balaca övladların qisasını alaq.

Allah bizi düşmənlər üzərində qalib eləsin".

Digər xəbərlər