"Qarabağ"la oyunlar çətin olacaq"

"Qarabağ"la oyunlar çətin olacaq"
Futbol
21 Avqust 2019 - 16:01
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Linfild"in müdafiəçisi Mark Stafford Şimali İrlandiya mətbuatına açıqlama verib.

"Avropanı yenidən şoka sala bilərik. Qarşıdakı oyuna köklənməliyik. Biz "Sutyeska" ilə oyunda əziyyət çəkdik. Baxmayaraq ki, "Qarabağ" mərhələ keçmək istəyir, amma biz matça yaxşı hazırlaşmalı və rəqibin hücumlarına tam hazır olmalıyıq. Əminəm ki, matça taktiki və psixoloji baxımdan yaxşı hazırlaşacağıq. Həmçinin, məşqdə də öz gücümüzü ortaya qoyacaq və rəqibə ən yaxşı zərbələrimizi göstərəcəyik".

32 yaşlı mərkəz müdafiəçisi oyunların çətin olacağını bildirib:

"Qələbə qazanmaq həmişə ağlımızdadır, ancaq bizi hər iki matçda cütün favoriti olan bir komandaya qarşı çətin oyun gözləyir. Qarşılaşmaya inamla hazırlaşırıq, meydana da inamla daxil olacağıq".

Qeyd edək ki, sabah "Vindsor Park"da keçiriləcək "Linfild" - "Qarabağ" matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq. Cavab oyunu isə avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Digər xəbərlər