"Linfild"in baş məşqçisi "Qarabağ"ı favorit hesab edir

"Linfild"in baş məşqçisi "Qarabağ"ı favorit hesab edir
Futbol
14 Avqust 2019 - 14:01
"Futbolçularım tapşırıqları meydanda yaxşı icra edirlər.  Oyundan sonra onlara dedim ki, bu gecə qazandıqları qələbəyə biganə yanaşmasınlar".

Supersport.Az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali İrlandiyanın "Linfild" klubunun baş məşqçisi Devid Hili belə deyib.

Mütəxəssis, Azərbaycan təmsilçisinin cütün favoriti olduğunu bildirib:

"Bilirik ki, onlar favoritdir. Buna tam əminəm. Bizi iki il Çempionlar Liqasının qrup mərhələsinə düşən, "Çelsi" kimi bir komanda ilə qarşılaşan güclü kollektiv ilə iki çətin oyun gözləyir. Onların Avrokubok təcrübəsi böyükdür. Bununla belə bizi hələ ki, bu oyun yox, qarşıdan gələn çempionat matçı daha çox maraqlandırır".

Qeyd edək ki, "Qarabağ" "Linfild"də avqustun 22-də səfərdə, 29-da Bakıda qarşılaşacaq.

Digər xəbərlər