Rəşad Sadıqov: "Qarabağı təmsil etmək şərəfdir: erməni təxribatına fikir vermirik" - Video

Rəşad Sadıqov: "Qarabağı təmsil etmək şərəfdir: erməni təxribatına fikir vermirik" - Video
Futbol, Eksklüziv, Video
10 Avqust 2019 - 20:03
Supersport.Az Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Kiprdə "Apoel"i məğlub edən "Qarabağ"ın kapitanı Rəşad Sadıqovdan açıqlama alıb.

Təcrübəli futbolçu, arxayınlaşmamağın vacibliyini bildirib:

"İlk oyunda qalib gəlmişik, hələ qarşıda cavab qarşılaşması var. Komandamız cüzi üstünlüyə malikdir. Bəlkə bizi 90 yox, 120 dəqiqəlik mübarizə gözləyir. Çempionlar Liqasında zəif rəqib olmur. Mərhələni adlasaq, növbəti tarixi uğuru qazanarıq".

Kapitan, yeni transfer Maqaye Qeyenin debütdə qol vurmasının sevindirici olduğunu, forvardın komandaya daha çox fayda verəcəyinə inandığını söyləyib.

"Qarabağ"ın aparıcı oyunçusu, erməni təxribatına fikir vermədiklərini vurğulayıb:

"Qarabağı təmsil etmək qürurverici, şərəfdir. "Qarabağ"ın böyük uğurlar qazanması üçün bütün varlığımızı sərf edirik. Erməni təxribatlarına fikir vermirik".

Qarabağ təsmilçisinin futbolçusu PAOK - "Ayaks" cütüylə maraqlanmadıqlarını diqqətə çatdırıb.

Digər xəbərlər