Qurban Qurbanov: "Ayaks" - PAOK oyunu bizi düşündürmür" - Video

Qurban Qurbanov: "Ayaks" - PAOK oyunu bizi düşündürmür" - Video
Futbol, Eksklüziv, Video
10 Avqust 2019 - 00:27
Supersport.Az Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Apoel"ə səfərdə qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan müsahibə alıb.

Təcrübəli mütəxəssis bildirib ki, indidən mərhələni keçdiklərini düşünmək tezdir:

"İlk oyunda qələbə qazandığımız üçün çox şadıq. Əfsuslar olsun ki, komandamızın artıq mərhələni keçdiyini düşünənlər var. Ancaq bu, bizə mane ola, təsir edə bilər. İlk görüşdə qalibiyyətə görə qəti arxayınlaşmamalıyıq. Cavab oyununa da ciddi hazırlaşmalı, çox ehtiyatlı və diqqətli olmalıyıq. Rəqib güclüdür, ikinci matçda maksimum qüvvəsiylə uğur qazanmağa çalışacaq. Düşünürəm ki, Bakıdakı oyun daha çətin olacaq.
Çempionlar Liqasında güclü komandalar mübarizə aparır. Dəfələrlə olub ki, ilk oyunda məğlub olan klub cavab görüşündə uğurlu nəticəylə istəyinə çatıb".

"Ayaks"- PAOK qarşılaşmasında hansı komandanı rəqib görmək istərdiniz" sualına "Qarabağ"ın baş məşqçisi belə cavab verib:

"Ümumiyyətlə, bu barədə düşünmək istəmirik. Üçüncü təsnifat mərhələsində ilk oyunu uğurla bitirmişik. Bütün diqqət cavab qarşılaşmasında olmalıdır. Bir daha deyirəm ki, bizi "Ayaks" - PAOK matçı maraqlandırmır".


 

Digər xəbərlər