Roberto Bordin ehtiyatlı danışdı: "Rəqib 9-10 nəfərlə müdafiə olunur"

Roberto Bordin ehtiyatlı danışdı: "Rəqib 9-10 nəfərlə müdafiə olunur"
Futbol
08 Avqust 2019 - 00:19
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Neftçi" – "Bney Yehuda” oyunu öncəsi komandamızın baş məşqçisi Roberto Bordin və futbolçu Namiq Ələsgərov fikirlərini bildirib.

Əvvəlcə yarımmüdafiəçi oyun haqda açıqlama verib:

"Bizim üçün çox vacib oyundur. Rəqibin nə qədər ciddi olduğunu bilirik. Oyunlarını təhlil etmişik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Sonra baş məşqçi Roberto Bordin danışıb:

"Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Çünki çox yaxşı müdafiə olunurlar. Tel-Əviv "Makkabi"si ilə İstail Superkuboku uğrunda son matçda 9-10 nəfərlə müdafiə olunduğunu gördük. Oyunboyu topa daha çox nəzarət etməyə çalışırlar. Fərdi oyun keyfiyyətlərinə mailk futbolçuları var, əks-hücumlardan yaxşı istifadə edirlər. İlk dəqiqlərdən oyuna düzgün yanaşsaq, sərfəli nəticə qazanacağıq.

Oyundan-oyuna özümüzün özümüzdən gözləntilərimiz çox olur. Bu yerə gəlib çıxmışıqsa, fədakarlıq, özünəinam böyük olur. Amma bu uğurlu çıxışla kifayətlənmirik. Çalışacağıq yaxşı oyun göstərək, yaxşı nəticə qazanaq. Sabah hansı taktika ilə oynayacağımız komanda daxilində qalır. Rəqib bütün heyətlə müdafiəyə çəkilir və hər səhvdən istifadə edərək əks hücum yaratmaq istəyir. Rəqibin 3 futbolusu gəlməsə də, kifayət qədər yaxşı oyunçuları var. Onları meydanda əvəzləyəcək futbolçular tapılacaq. Hər rəqibin özünəməxsus səviyyəsi var. Hər biri fərqli komandadır. Çalışacağıq son 4 matçdakı yaxşı oyunun davamını gətirək. Komandamız eyforiyaya qapılmayıb. Son görüşün ertəsindən bütün futbolçularımız bilir ki, bizi qarşıda necə ciddi oyun gözləyir. Zədəlilərə gəlincə, Eminlə Ömər artıq komanda ilə məşq edirlər. Dabo isə iki gündür komanda ilə məşq etsə də, fikrimcə, hələ yüz faiz hazır deyil. Sevinirəm ki, artıq komandanın yanındadır. Çox güman ki, ehtiyatda olacaq. Raufa gəlincə, meydanda çox vuruşur, əzmkarlıq göstərir. Son oyunda çox vacib anda vacib qol vurdu ki, bu da komandaya daha da motivasiya verdi. Əlbəttə, hər bir məşqçi üçün xoş olar ki, bütün heyət əlinin altında olsun, hər birindən lazımı yerdə istifadə etsin. Növbəti oyunlarda məşqlərə baxaraq ən yaxşı "11-liy”i quracağıq".

Digər xəbərlər