"Qarabağ"a ermənilərdən ikinci təxribat - Şəkil

"Qarabağ"a ermənilərdən ikinci təxribat - Şəkil
Futbol, Foto
07 Avqust 2019 - 08:03
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Kiprdə Azərbaycana qarşı növbəti təxribat olub.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Nikosiyada “Apoel” - “Qarabağ” oyununa erməni bayrağı gətirilib.

Azərbaycan klubu əvvəlcədən siyasi təxribat olacağını nəzərə alaraq, Kipr polisinə müraciət etsə də, buna məhəl qoyulmayıb.

Kiprlilərlə, ermənilərin həyasız hərəkətinə baxmayaraq, “Qarabağ” “Apoel”i 2:1 hesablı məğlub edərək, vətənə qələbəylə qayıdıb.

Vaxtilə "Apoel" - "Neftçi", "Apollon" - "Qəbələ" matçlarında da erməni təxribatı olmuşdu.

 

 

Digər xəbərlər