"Neftçi" – "Arsenal" oyununa biletlər satışda

"Neftçi" – "Arsenal" oyununa biletlər satışda
Futbol
29 İyul 2019 - 16:21
Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Neftçi" – "Arsenal" oyununun biletləri bu gün satışa çıxarılıb.

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, qiyməti 2 (sektor: 1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri 8-ci km stadionunun kassalarından, həmçinin "Rahat market"in "Baku MALL" (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City" ticarət mərkəzi (Xırdalan şəhəri), "Şahənşah" şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq" metrostansiyasının yanı), "Metropark" mağazalarından və "Mega Store"dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündür.

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız 8-ci km stadionunun kassalarında satılacaq.

Xatırladaq ki, avqustun 1-i keçiriləcək "Neftçi” – "Arsenal” oyunu saat 21:00-da başlanacaq.

Digər xəbərlər