Eksklüziv - Yaqub Eyyubov: "İdmançılarımızın qələbəsi xalqımıza həsr olunur"

Eksklüziv - Yaqub Eyyubov: "İdmançılarımızın qələbəsi xalqımıza həsr olunur"
Digər, Eksklüziv
27 İyul 2019 - 01:55
Supersport.Az-a açıqlamasında Azərbaycan Respublikası baş nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov idman haqda  danışıb.

O, festivalda qızıl medal qazanan cüdoçu Hüseyn Məmmədovu mükafatlandırandan sonra fikirlərini bildirib.



Azərbaycanın təkcə Avropanın deyil, dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edən dövlət rəsmisi, ölkəmizdə idmana xüsusi diqqət, qayğının olduğunu xatırladıb və idmançılarımızın mötəbər yarışlarda böyük uğurlar qazanmasının qürurverici olduğunu diqqətə çatdırıb.

Təşkilat Komitəsinin rəhbəri, Azərbaycan təmsilçilərinin Avropa Gənclər Yay Olimpiya Festivalında da fərqləndiyini qabardıb.

Baş nazirinin birinci müavini, cüdoçuların yarışda 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmasını yüksək nəticə hesab etdiyini vurğulayıb.

Dövlət rəsmisi, idmançılarımızın qələbələrinin xalqa həsr olunduğunu diqqətə çatdıraraq, hər kəsi təbrik edib.

Məlumat üçün bildirək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalında hələlik 37 ölkənin təmsilçiləri medal qazanıblar. Altı günün nəticələrinə əsasən siyahıya aktivində 58 (25 qızıl, 14 gümüş və 19 bürünc) medal olan Rusiya komandası başçılıq edir.

Azərbaycan millisi ikinci pillədə qərarlaşıb. Yığma komandamızın aktivində 10-u qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla ümumilikdə 23 medal var. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc mükafata yiyələniblər. Medalların sayına görə komandamızda ikinci yerdə olan cüdoçular komandamızın aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Ölkəmiz idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.

Mükafat üçüncü pillədə 10 qızıl, 5 gümüş və 9 bürünc medal qazanan Türkiyə yığma komandası qərarlaşıb.

Festival bu gün başa çatacaq.

 

 

Digər xəbərlər