Məğlub milllimiz reytinqdə irəlilədi

Məğlub milllimiz reytinqdə irəlilədi
Futbol
25 İyul 2019 - 14:41
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Supersport.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası 1188 xalla bir pillə irəliləyib. Slovakiya və Macarıstana da uduzan yığmamız 109-cu sıraya qalxıb.
 Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1625) 7-ci (-1),  Uels (1514) 24-cü (-1), Slovakiya (1491) 31-ci (0), Macarıstan isə (1442) 45-ci (-3) pillədə yer alıb.

Qeyd edək ki, siyahıya 1746 xalla Belçika başçılıq edir. Braziliya 1726 xalla ikinci, Fransa 1718 xalla üçüncüdür.

Digər xəbərlər