Emin Mahmudov: "Rusiyaya qələbə qazanmağa gəlmişik"

Emin Mahmudov: "Rusiyaya qələbə qazanmağa gəlmişik"
Futbol
25 İyul 2019 - 01:16
"Çox ciddi hazırlaşmışıq. Bizi çətin oyun gözləyir. Bura qələbə qazanmağa gəlmişik. Bunun üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm, evə müsbət nəticə ilə dönəcəyik”.

Supersport.Az-ın məlumatına görə, "Neftçi"nin kapitanı Emin Mahmudov Avropa Liqasının ikinci təsnifat mərhələsində Rusiya "Arsenal"ı ilə oyundan əvvəl keçirilən mətbuat konfransında belə deyib.
O, daha sonra bildirib:


"Məncə, bizdəki əcnəbilərlə "Arsenal"ın legionerləri arasında elə böyük fərq yoxdur. Rusiya çempionatının ikinci "8-liy”ində qərarlaşanlarla bizim legionerlər eyni səviyyədədirlər. Təbii ki, Rusiya top-klublarında legionerlər bizimkilərdən daha güclüdürlər. Kirill Kombarovla 2 il bir yerdə oynamışıq. Əlbəttə, həm onunla, həm digər oyunçularla, həm də ikinci və üçüncü məşqçilərlə görüşüb, danışacağam. Çoxdandır əlaqə saxlamırıq. Köhnə dostlara qarşı oynamaq xoş olacaq".

Digər xəbərlər