Messi üzr istədi

Messi üzr istədi
Futbol
20 İyul 2019 - 22:22


Supersport.Az xəbər verir ki, Argentina millisi və "Barselona"nın kapitanı Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) rəsmi şəkildə üzr istəyib.

Bu barədə Argentinanın "La Nacion" nəşri məlumat yayıb. 32 yaşlı futbolçunun bəyanatının bu gün yerli futbol federasiyası tərəfindən sözügedən quruma göndərildiyi bildirilib. Üzrxahlıq mesajında federasiya nümayəndələrinin izahlı şərhləri verilib. Onların sözlərinə görə, Messi "CONMEBOL"dakı rüşvət iddiaları haqda danışarkən rəsmi şəxsləri deyil, hakimləri nəzərdə tutub. Həmçinin federasiya hesab edir ki, Leo sözügedən məsələyə görə günahlandırılmamılıdır. Çünki o, həmin vaxt gərgin psixoloji durumda olub.

"La Nacion" nəşrinin iddiasına görə, "CONMEBOL" Messi ilə bağlı intizam işini bağlayacaq. Bu isə o deməkdir ki, forvard həm cəzadan, həm də cərimədən xilas olacaq.

Qeyd edək ki, qurum haqda ittihamlarına görə Messinin 2 il müddətinə millinin oyunlarından kənarlaşdırması gündəmdə idi.


Digər xəbərlər