"Qarabağ"ın yeni transferindən azarkeşlərə vəd

"Qarabağ"ın yeni transferindən azarkeşlərə vəd
Futbol
17 İyul 2019 - 07:22
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın mərakeşli müdafiəçisi Rerras Faysal açıqlama verib.

26 yaşlı futbolçu klubun saytına danışıb:

"Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum, hər şey əladır. Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam. İlk oyuna çıxacağım günü səbirsizliklə gözləyirəm. Müdafiənin həm sağ, həm sol cinahlarında çıxış edə bilərəm. Hətta yarımmüdafiə xəttində də oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm. "Qarabağ" haqqında məlumatım var idi, avrokuboklarda oyunların izləmişdim. Fransa klublarıyla oynayan zaman da klub haqda daha çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sona qədər mübarizə aparan futbolçu görəcəklər".

Digər xəbərlər