Roberto Bordin mətbuat qarşısına çıxacaq

Futbol
17 İyul 2019 - 07:08
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i saat 21:00-da 8-ci km satdionunda keçiriləcək "Neftçi" – "Sperantsa" oyunu öncəsi Azərbaycan təmsilçsinin baş məşqçisi Roberto Bordinin mətbuat konfransı təşkil olunacaq.
Tədbir bu gün saat 17:30-da başlanacaq. Konfransdan sonra, saat 18:00-da "Neftçi"nin media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.
"Sperantsa" klubunun baş məşqçisi Kristian Efrosun da mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:30-da, məşq isə saat 20:00-da başlanacaq.