"Neftçi"dən Moldovada 3 qol

"Neftçi"dən Moldovada 3 qol
Futbol
11 İyul 2019 - 23:16
Avropa Liqasında ölkəmizi təmsil edən "Neftçi" bu gün mübarizəyə başlayıb.

Supersport.Az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin  ilk oyununda Moldovanın "Sperantsa" klubunun qonağı olan Azərbaycan klubu bir neçə ildir Avroliqada davam edən uğursuz çıxışa son qoymağa çalışıb. "Neftçi" səfərdə 3 qolla qalib gələrək, növbəti mərhələyə çıxmaq imkanını böyük ölçüdə həll edib.

Komandalar arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək. Bu mərhələni adlayan tərəf Rusiyanın "Arsenal" (Tula) klubu ilə qaşılaşacaq.

11 iyul

Avropa Liqası, I təsnifat mərhələsi

İlk oyunlar

21:00. "Sperantsa" (Moldova) - "Neftçi" (Azərbaycan) 0-3


Qol: Emin Mahmudov 16, Stiven Monroz 36, Rəhman Hacıyev 76

Baş hakim: Tim Marşal (Şimali İrlandiya)

Kişinyov, "Zimbru" stadionu

Digər xəbərlər